-
Məhsul haqqında : REFORMLUX PLUS-205 (C2TES2) s2 sinfinə uyğun, tam elastik, iki komponentli, sürüşməsi azaldılmış, açıq gözləmə müddəti uzadılmış, sement və polimer qətran əsaslı yapışdırıcı materialıdır.
- A) komponent : 20 kq–lıq toz kraft kisələrdə.
- B) komponent : 4.6 litr akrilik maye bidonlarda.
İstifadə sahələri :
- Daxili və xarici məkanlarda kafel, keramika, təbii daş, travertin, dekorativ kərpic, qranit, mərmər və s. üzlük materialların yapışdırılmasında.
- Keramika, qranit, çini keramika və mərmər kimi örtük materiallarını 30 m hündürlüyə qədər binaların xaricinə etibarlı şəkildə yapışdırmaq üçün istifadəsində.
- Xarici səthlərdə hündürlüyü 15 m-ə qədər olan 60x60 sm olan kafel və keramikanın yapışdırılmasında.
- Xarici səthlərdə hündürlüyü 30 m-ə qədər olan 40x40 sm olan kafel və keramikanın yapışdırılmasında.
- Su əsaslı yeraltı istilik sistemləri olan məkanlarda və soyuq hava anbarlarının döşəmə və divarlarında.
- Köhnə keramikalar qoparılmadan yeni keramikaların yapışdırılmasında.
- Üzgüçülük, böyük su hovuzlarında, sənaye və yüksək mərtəbəli binaların divarlarında.
- Alış-veriş kimi yerlərdə, piyada və yük daşımalarının sıx olduğu biznes mərkəzləri, iri ticarət mərkəzləri, xəstəxanalar və məktəblərdə.
Üstünlükləri :
- İstifadəsi rahatdır, asanlıqla daraqlanır.
- Yüksək yapışma gücünə malikdir.
- S2 sinif elastiklik xüsusiyyəti sayəsində ani temperatur dəyişiklikləri nəticəsində yaranan səthi gərginliklərə davamlıdır.
- Üfüqi və şaquli istiqamətlərdə rahat tətbiq edilir və sürüşmə baş vermir.
- İstifadə müddəti uzundur.
- Açıq gözləmə müddəti (qabıq bağlama müddəti) uzundur.
Dekorativ təbii daş və bu tip böyük ölçülü, üzlük materiallar üçün hazılranmış,təkmilləşdirilmiş, elastik,yüksək keyfiyyətli sementli yapışdırıcı |
Tətbiq məlumatları |
||
Başlangıç yapışma müqaviməti |
≥ 1 N/mm² |
Tətbiq temperaturu |
(+5°C) - (+30°C) |
Suya batırıldıqdan sonra çəkmə yapışma müqaviməti |
≥ 1 N/mm² |
Toz /Akrilik nisbəti |
4.6 lt / 25 kg |
İstilik nəmləndirilmədən sonra dartılma müqaviməti |
≥ 1 N/mm² |
Qarışığın istifadə müddəti* |
5 saat |
Donma-ərimədən sonra dartılma yapışması müqaviməti |
≥ 1 N/mm² |
Qabıq bağlama müddəti (Açıq saxlama müddəti)* |
ort. 30 dəq |
Yanğına reaksiya sinfi |
A2S1do |
Sərfiyyat miqdarı*kombine üsul |
4.5 - 6.5 kg/m² |
Uzadılmış açıq gözləmə müddəti çəkmə yapışma (ən azı 30 dəq. sonra) |
≥ 0.5 N/mm² |
Tətbiq qalınlığı |
3-6-8 mm |
Sürüşmə |
≤ 0.5 mm² |
Aralıq doldurma: Divarda * |
24 saat |
Eninə deformasiya |
≥5 mm-S2 |
Aralıq doldurma: Döşəmədə * |
48 saat |
Xidmət istiliyi |
-20°C ilə +80°C |
|
|
* Bu dəyərlər laboratoriya şəraitində (23°C ± 2 temperatur, 50% nisbi rütubət) əldə edilmişdir və tikinti sahəsindəki tətbiqlərdə dəyişə bilər.