“Sobex”  Rəmzi - S MMC -yə məxsus yüksək keyfiyyətli innovativ tikinti məhsulları istehsal edən markadır.

"Sobex" markasına tikinti məhsulları və tikinti ehtiyaclarına yeni həllər təklif edən geniş məhsul çeşidləri daxildir. Marka fərqli çeşiddə kafel və keramika yapışdırıcıları, dərz doldurucuları, hidroizolyasiya məhsulları, təmir suvaqları, hazır suvaqlar, dekorativ suvaqlar, üzlük və döşəmə materialları istehsal edir. Məhsullar ən son texnoloji avadanlıqlarla tam avtomatlaşdırılmış şəraitdə hazırlanır. “Sobex” bu sahədəki bütün təcrübəsini yeni strukturların tikintisi, mövcud strukturların saxlanması, təmiri və yenilənməsi üçün tikinti məhsullarının yaradılmasına sərf edir.

İstehsal olunan məhsullar ISO 9001 Keyfiyyət İdarəetmə Sisteminə, həmçinin bir sıra önəmli yerli və xarici standartlara uyğun hazırlanır. "Sobex" məhsullarını istehsal edərkən keyfiyyət zərurəti ilə təhlükəsizlik ehtiyaclarına ən yaxşı şəkildə cavab verən məhsullar hazırlamaq başlıca vəzifəmizdir.

Biz daim yenilənməyə və məhsulların inkişafına önəm veririk. Gücümüzü texnologiyadan və bu sahədə onun daim yenilənən imkanlarından alırıq.

star
Test2
star
Test
partner-img