REFORMLUX İNSTANT-206 (C2FT)
  • Məhsul haqqında : REFORMLUX İNSTANT-206 (C2FT) sement əsaslı, tək komponentli, polimer tərkibli, yüksək keyfiyyətli, sürüşməsi azaldılmış, tez sərtləşən toz halında olan kafelkeramika  yapışdırıcısıdır.

    İstifadə sahələri :

    • Daxili və xarici məkanlarda.
    • Üfüqi və şaquli səthlərdə.
    • Bir gün ərzində istifadəyə verilməsi istənilən məkanlarda.
    • Orta və iri ölçülü keramika, qranit, mərmər, klinker, təbii daş və üzlük plitələrin yapışdırılmasında.
    • Su əsaslı yeraltı istilik sistemləri olan məkanlarda.
    • Köhnə keramikalar, mərmər-qranit və s üzlük plitələr qoparılmadan yeni plitələrin yapışdırılmasında.

    Üstünlükləri :

    • Tez quruduğundan 6 saat sonra yüksək müqavimətə sahib olur.
    • Aralıq doldurma işləri 3-4 saatdan sonra aparıla bilinər.
    • Yüksək yapışma müqavimətinə sahibdir.
    • İstiyə və şaxtaya dayanıqlıdır.
    • Ani temperatur dəyişikliklərinə qarşı dözümlüdür.
    • Şaquli tətbiqlərdə sürüşmə baş vermir.

AZS 039 - (TS 11140) və EN 12004.  Bir gün ərzində istifadəyə verilməsi istənilən məkanlarda yüksək yapışma müqavimətinə sahib tez quruyan keramika yapışdırıcısı

                           Tətbiq məlumatları

Başlangıç yapışma  müqaviməti (6 saat sonra)

≥0.5 N/mm²

Tətbiq temperaturu

(+5°C)-(+30°C)

Yapışma müqaviməti (28 gün)

≥1 N/mm²

Toz /su nisbəti

6-7 lt su / 25 kg

Yanğına reaksiya sinfi

A1

Qarışığın istifadə müddəti*

30-35 dəqiqə

Açıq gözləmə müddəti çəkmə yapışma müqaviməti

Min. 10 dəqiqə sonra ≥ 0.5 N/mm²

Qabıq bağlama müddəti (Açıq saxlama müddəti)*

ort. 10 dəqiqə

Sürüşmə

≤0.5 mm²

Sərfiyyat miqdarı*

4-6 kg/m²

Xidmət istiliyi

-30°C ilə +80°C arası

Tətbiq qalınlığı

3-6-8 mm

 

 

Aralıq doldurma: Divarda*

3-4 saat

 

 

Aralıq doldurma: Döşəmədə*

6 saat

*Bu dəyərlər laboratoriya şəraitində (23°C ± 2 temperatur, 50% nisbi rütubət)  əldə edilmişdir və tikinti sahəsindəki tətbiqlərdə dəyişə bilər. 

partner-img