-
Məhsul haqqında : BİTUMEXS-722 ( 2 K ) tam elastikli, iki komponentli, polimer tərkibli, bitum kauçuk əsaslı su izolyasiya materialıdır.
İstifadə sahələri :
- Hamam, sanitar qovşağlarında, balkonlarda, terraslarda, daimi su təzyiqinə məruz qalan üfüqi və şaquli səthlərdə, dərinliyi 20 metrə qədər olan səthlərdə.
- Beton, daş, kərpic, briket, suvaq, şap, istinad divarlarında və mineral səthlərin su izolyasiyasında.
- Binaların bünövrəsində, zirzəmilərdə, sanitar qovşaqlarda, yeraltı avtomobil dayanacaqlarında, istilik izolyasiya plitələrini yapışdırılmasından öncəsi səthlərin izolyasiyasında.
Üstünlükləri :
- Tam elastikdir, büzülmür və çatlamır, betona və metala yüksək yapışma müqavimətlidir.
- Ani temperatur dəyişikliyinə qarşı dözümlüdür, tərkibində solvent yoxdur ətraf mühitə zərər vurmur.
- 7 bara qədər su təzyiqinə davamlıdır.
- Dərinliyi 20 metrə qədər olan təməllərdə qrunt sularına qarşı su keçirməz qat yaradır.
- Yüksək müqavimətlidir.
- Suya, müxtəlif duz məhlullarına, torpaqda olan kimyəvi maddələrə və turşulara davamlıdır, təsir xüsusiyyətlərini uzun müddət saxlayır.
Bitum əsaslı su izolyasiya məhsulu |
Tətbiq məlumatları |
||
Sıxlığı |
1.26 ± 0.01gr/ml |
Tətbiq temperaturu |
(+5°C) - (+35°C) |
Qatı maddənin miqdarı |
70 % ± 1 |
Su ilə təmas |
48 saat |
Toz/maye nisbəti |
24 toz/8 lt maye |
Quruma müddəti * min : |
24 saat |
|
|
Qatlar arasında gözləmə müddəti* (temperaturdan asılı olaraq) |
1-2 saat |
|
|
Sərfiyyat miqdarı* (1 mm qalınlıq üçün) |
1-1.5 kg/m² |
|
|
Tətbiq qalınlığı* min : |
3 mm |
|
|
İstifadəyə verilmə müddəti |
7 gün |
* Bu dəyərlər laboratoriya şəraitində (23°C±2 temperatur, 50% nisbi rütubət) əldə edilmişdir və tikinti sahəsindəki tətbiqlərdə dəyişə bilər.