Su izolyasiya materialı daimi saxlanan su hovuzlarının, üzgüçülük hovuzlarının uzunmüddətli və davamlı qorunması üçün vacib şərtlərdəndir. Hovuzları su izolyasiyası etdikdə su sızmasının qarşısı alınır, ətrafda olan tikililərə ziyan vurmamaqla yanaşı, hovuzda olan su azalmasının qarşısını alır, daxildə olan suyun kənara axmasını önləyir, xaricdən gələn suyun daxilə keçməsinin qarşısını alır. Bununla yanaşı suyu kimyəvi maddələrdən xlordan, duzlardan və yosunların əmələ gəlməsindən qoruyur. Su izolyasiyasiyası su keçirməməzliklə yanaşı səthin rahat nəfəs almasını təmin edir. Su izolyasiya materialını səthdə bir birinin əksi istiqamətində 2-3 qat tətbiq etmək lazımdır. Su izolyasiya materialı səthdə yüksək yapışma müqavimətinə malikdir və üzlük materialların üzərində rahat istifadəsini təmin edir.