Kafel və keramika yapışdırıcıları sement əsaslı, epoksid və akrilik əsaslı olaraq kafel, keramika, mərmər, qranit, şüşə, mozaika, kərpic, təbii daş və bu tip üzlük materialların etibarlı şəkildə yapışdırılması üçün istifadə olunur. Kafel və keramika yapışdırıcıları divarlarda, döşəmələrdə, suvaq səthlərdə, sement əsaslı səthlərdə, yeraltı qızdırılan döşəmələrdə, soyuducu anbarlarda, binaların fasadlarında və s. səthlərdə istifadəyə yararlıdır. Seçilmiş hər bir səth üçün ona uyğun keramika yapışdırıcısından istifadə edilməlidir. Sement əsaslı keramika yapışdırıcıları yüksək yapışma performansına malikdir, nəm yerlərədə rahat tətbiq edilir, vibrasiyaya və dəyişən iqlim şəraitinə davamlıdır. Sement əsaslı keramika yapışdırıcılarını səthə tətbiq edərkən tətbiq ediləcək üzlük materialın ölçüsünə uyğun mala ilə tətbiq etmək lazımdır.