Eyvan Üçün Su İzolyasiyası
İzolyasiya materialı daxili və xarici səthlərdə, terraslarda, binaların fasadlarında, hamam və daimi nəm olan səthlərdə su izolyasiya işi aparmaqla səthin möhkəmliyini və uzun müddət qalması təmin edilir. Hamam və balkonlar su ilə təmasda olur bunun üçün su izolyasiyası vacibdir. Hamamda keramika işi öncəsi səthdə izolyasiya işi apararaq həm səthdə yapışdırıcının yapışma müqavimətini artırır, həmdə qonşu otaqlara və digər evlərə su keçirimsizlik yaradır. Suvaq olunmuş səthlərdə su izolyasiya işi apararaq səthə su keçirimsizlik yaradır və üzərinə çəkiləcək boyanın ömrünü uzadır. Su izolyasiya materialı xüsusi elastikliyə malikdir və elastiklik hesabına istifadə edilən səthlərin çatlamasını əngəlləyir.