Dərz dolğu tikinti materialları arasındakı boşluqları doldurmaq, konstruksiyaların dayanıqlığını artırmaq, su və nəm sızdırmazlığını təmin etmək, səs və istilik izolyasiyasını yaxşılaşdırmaq və estetik görünüş əldə etmək üçün istifadə olunur. Dərz dolğunun istifadəsi zamanı müxtəlif qalınlıq və rənglərdən də istifadə olunur. İstifadə ediləcəyi mühitdən asılı olaraq müxtəlif növ dərz dolğular vardır.
Silikon dərz dolğu son zamanlarda geniş istifadə edilən dərz dolğu növlərindəndir. Silikon dərz dolğu, iki material arasındakı (keramika, kafel, mərmər, qranit) boşluğu doldurmaq üçün istifadə edilən xüsusi məhsuldur.
Sement əsaslı və polimer tərkibli struktura malik olan bu material çox dayanıqlıdır. Tətbiq olunduğu yer suya davamlı olur, istifadə zamanı çatlamır və aşağı su udma qabiliyyətinə görə bir çox üstünlüklərə malikdir.
Həmçinin tikinti materiallarının ömrünü uzadır və strukturların daha davamlı, təhlükəsiz və estetik görünməsini təmin edir. Dərz dolğu tətbiqi həm yaşayış yerlərinizi su sızmasına davamlı etmək, həm də dekorasiyaya təsirli bir toxunuş əlavə etmək üçün seçə biləcəyiniz üsullardan biridir. Düzgün formada istifadə olunan dərz dolğu uzun illər istifadə oluna bilər. Hamamdə və mətbəxdə istifadə edə biləcəyiniz FUGALUX-303 kimi əsaslı dərz dolğular sayəsində davamlı, təmiz və pürüzsüz görünüş əldə edə bilərsiniz.